Qırmızı.az
Məscidi yandıran PKK-çının anası: “Onu güllələyin!”
“Bütün nəslimiz ondan imtina edib. İstərdim ona güllələnmə versinlər”.
Bunu AzVision.az-a açıqlamasında Qaraçuxur məscidini yandıran PKK
üzvü Namiq Nəsibovun anası Nailə Nəsibova deyib.
N.Nəsibovanın sözlərinə görə, oğlu içki aludəçisi olub:
“Onun vəkilinə də demişəm ki, bu adam xəstədir. Bakı şəhərinin bir
neçə ərazisində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında
çalışıb. Hər yerdən içki içdiyi üçün qovulub. O da atası kimi şəhid
olaydı, bilərdim ki, evimdə iki şəhid şəkili var. Həmişə deyirdi
ki, kürdəm. Bizim ata-babadan pasportumuzda kürd sözü yoxdur, biz
Azərbaycan vətəndaşıyıq. O, içki aludəçisi olub. Psixoloji
vəziyyəti də normal səviyyədə olmayıb. Dispanser həkiminin
reseptini vəkilə təqdim etmişəm. Psixi dərmanlar atırdı. Bu il ona
şəxsi həkim tutmuşdum. Onun daxilinə cərrahi yolla arağa qarşı
kapsul qoydurmuşam”.
N.Nəsibova bildirib ki, oğlunu bir il öncə polisə müraciət edərək
tutdurub. Onun sözlərinə görə, polsi oğlunu bir həftə saxlayandan
sonra sərbəst buraxıb:
“İki dəfə şikayət edib onu tutdurmuşam. Bildirmişəm ki, bu, harasa
qoşulubsa, araşdırılsın, onunla bağlı iş qaldırılsın. Kürdüstan
bayrağı ilə İraqa kimin vasitəsilə və niyə getdiyindən xəbərim
olmayıb. Bir il bundan qabaq ondan imtina etmişəm. Övladımın törədə
biləcəyi əməllərini qabaqcadan bilərək polisə məlumat vermişəm.
Polis orqanları isə ona qarşı vaxtdında sərt tədbir görməyib. İndi
məscid yandırıb. Yaxşı ki, daha böyük terror törətməyib”.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?