Əlillərlə bağlı yeni qanun hazırlanıb
Bizi izləyin

Qırmızı.az

Əlillərlə bağlı yeni qanun hazırlanıb

“Əlillərlə bağlı yeni qanun hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında yerləşdirilib”.

Publika.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, yeni qanunda əlillərə sosial yanaşma mövcuddur: “Yeni qanunda əlillər üçün infrastrukturun əl çatan olması mühüm məsələlərdən biridir”.

Nazirin sözlərinə görə, sağlamlıq imkanları məhdud olan insanlara bərabər imkanların yaradılması istiqamətində müvafiq orqanlarla birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. “Bununla bağlı tikinti, nəqliyyatla bağlı qurumlara məktub ünvanlaşmışıq. Yeni tikiləcək binalarda və digər infrasturuktur layihələrində əlillərin nəzərə alınması tövsiyə olunur”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm