• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bilik Fondunun Praqada sərgisi başladı - FOTO

Bilik Fondunun Praqada sərgisi başladı - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu dekabrın 3-dən Çexiya Respublikasının paytaxtı Praqa şəhərində üç günlük sərgi keçirir.

Fondun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində reallaşan sərgi “Azərbaycanın geologiya elmi Çexiyada” adlanır.

Əvvəlcə Karlov Universitetində Dəyirmi masa təşkil olunub. "Azərbaycan - Çexiya: Tarixi-mədəni münasibətlər" mövzusunda keçirilən müzakirələrdə elm-təhsil, siyasət, incəsənət, iş adamları arasında mövcud əlaqələrin daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov iki dost ölkənin ortaq dəyərlərindən danışılıb, tarixi-mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Karlov Universitetinin Yaxın Şərq və Afrika ölkələri üzrə İnstitutunun professoru Eduard Gombar, Çexiya respublikasının Türkiyədəki sabiq səfiri, dilçi alim Tomas Lane, AMEA müxbir üzvü Arif İsmayılzadə və Təbiət tarixi muzeyinin direktoru Tariyel Eybətov, Petrologiya üzrə tanınmış çex tədqiqatçısı Shah Vali Faryad, Çexiya milli təbiət muzeyinin direktoru Jirina Daskova və muzeyin digər əməkdaşı tanınmış paleontoloq Jiri Kvacek, Çexiya Sənaye nazirliyinin təmsilçisi Pavel Kavina, Univeristetin geologiya üzrə professoru Pavel Bosak müzakirələrdə çıxış edərək bildiriblər ki, Azərbaycanla Çexiya arasında tarixi-mədəni münasibətlər genişləndirilməli, indiki qloballaşma dövrünə uyğunlaşdırılmalıdır. Tədbir iştirakçılarının fikrincə, olkələr arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün münbit zəmin var.

Karlov Universitetində baş tutan “Azərbaycanın geologiya elmi Çexiyada” adlı sərginin açılışında Universitetinin rektoru Tomas Zima Azərbaycanla Çexiya Respublikasının böyük enerji tərəfdaşı olduğunu diqqətə çatdırıb. Çexiyanın enerji tələbatının 20 faizindən çoxunu Azərbaycanın ödədiyini xatırladan rektor deyib ki, belə layihələr iki ölkə arasındakı elmi mübadilənin inkişafına təkan verir.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Azərbaycan elminin xaricdə tanıdılması məqsədi ilə Bilik Fondunun həyata keçirdiyi layihələri alqışladığını bildirib və qeyd edib ki, belə tədbirlərin bütün elm sahələrini əhatə etməsi vacibdir. Səfirin sözlərinə görə, elmimizin xaricdə tanıdılması tələbə və müəllim mübadiləsinə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və siyasətinin təbliğinə şərait yaradacaq.

Azərbaycanlı alimlər geologiya elminində qazandıqları nailiyyətləri, təmsil etdikləri ölkənin ərazisində aşkara çıxardıqları qiymətli qədim eksponatları, dəmir, qızıl, gümüş, alunit, polimetal və başqa yataqların əks olunduğu xəritələri nümayiş etdirib, çex alimləri ilə əməkdaşlıq münasibətləri qurublar.

Sərgiyə qatılan çexiyalı alimlər deyiblər ki, nümayiş olunan eksponatlar Azərbaycanın geologiya elmi - zəngin yeraltı və yerüstü sərvətləri haqqında xeyli bilgilər verib.

Növbəti günlərdə “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində Bilik Fondunun xətti ilə Azərbaycandan Çexiyaya gedən almlərin mühazirələri dinləniləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR