Qırmızı.az
Azərbaycan elektron sağlamlıq kartlarını şəxsiyyət vəsiqələrinə inteqrasiya edir
Azərbaycanda elektron sağlamlıq kartlarındakı məlumatlar yeni nəsil şəxsiyyət vəsiqələrinə inteqrasiya ediləcək.
Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzindən (MHM) bildiriblər.
MHM-dən deyildiyi kimi, məlumat şəxsiyyət vəsiqəsinin çipində
təkrarlanacaq.
Layihənin 2015-ci il dekabrın 1-nə kimi başa çatdırılması
planlaşdırılır. Yeniyetmələr üçün şəxsiyyət vəsiqəsində çipə
uyğunluq sertifikatının inteqrasiyası üçün imkan nəzərdə
tutulub.
Layihə Ədliyyə Nazirliyi tərəfindən Səhiyyə Nazirliyi ilə birgə
reallaşdırılacaq: "Elektron sertifikatlar vətəndaşlara MHM
tərəfindən veriləcək. Mərkəz həmçinin yeni nəsil şəxsiyyət
vəsiqələrinin çiplərinə elektron-rəqəmli imzanın inteqrasiyası ilə
də məşğul olacaq. Bu hədəflər üçün yeni e-imza mərkəzi yaradılacaq.
Yeni şəxsiyyət vəsiqələrinin 2015-ci il dekabrın 1-dən veriləcəyi
gözlənilir”.
Yeni mərkəz ölkənin Daxili İşlər Nazirliyi yanında fəaliyyət
göstərən 9 fərdiləşdirmə mərkəzində sorğuları emal edəcək. İHM
alınmış sorğular əsasında sertifikatları hazırlayacaq və onları
geri göndərəcək: "Yeni vəsiqələrdəki çiplərə məlumatlar DİN
tərəfindən daxil ediləcək. Vətəndaşların yeni şəxsiyyət
vəsiqələrinin alınması üzrə qeydiyyatı nazirliyin təxminən 90
şöbəsində aparılacaq. Həmçinin "ASAN xidmət" mərkəzlərində də
qeydiyyatdan keçmək mümkün olacaq”.
Qeyri-rəsmi məlumatlara görə, yeni şəxsiyyət vəsiqələrinin
alınmasına görə dövlət rüsumunun məbləği 5 manat olacaq.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi