Qırmızı qəsəbədə yəhudi dini icması rəhbərinin evinə basqın – Bacısı bıçaqlandı - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Qırmızı qəsəbədə yəhudi dini icması rəhbərinin evinə basqın – Bacısı bıçaqlandı - ÖZƏL

Qubanın Qırmızı qəsəbəsində yəhudi dini icmasının rəhbəri Boris Simonduyevin evinə basqın edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, üç nəfər şəxs tərəfindən edilən basqın bu gün səhər saatlarında baş verib.

İlkin məlumata görə, basqında məqsəd soyğunçuluq olub. Basqın edənlərin B. Simonduyevi vəhşicəsinə döydüyü, bacısı Liza Simonduyevi isə bıçaqladığı xəbər verilir.

Məlumatda deyilir ki, evə hücum edənlər sinaqoqun açarlarını da özləri ilə götürüblər. Lakin yəhudilərin dini məbədinə girə bilməyiblər. Hazırda hüquq-mühafizə orqanlarının faktı araşdırdığı deyilir.

Qeyd edək ki, bu son 10 ildə Qırmızı qəsəbədə baş vermiş ilk belə hadisədir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm