Özbəkistanın silkway.uz portalı Azərbaycan lavaşından yazdı
Bizi izləyin

Qırmızı.az

Özbəkistanın silkway.uz portalı Azərbaycan lavaşından yazdı

Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə bu ölkənin silkway.uz portalında tarixçi-alim, jurnalist Sergey Qurbanovun "Lavaş. Natsionalnaya vıpeçka Azerbaydjana" adlı məqaləsi nəşr olunub. (http://www.silkway.uz/newsmore/5406)

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, lavaşı Azərbaycan milli mətbəxinin ən qədim nümunəsi hesab edən müəllif onun hazırlanma texnologiyasının, ənənələrinin 6 min il əvvələ aid olduğunu bildirir.

S.Qurbanov "lavaş" sözünün etimologiyasının "alov" mənasını daşıdığını və bu sözlərin kökünün türk mənşəli olduğunu qeyd edir.

Müəllif Azərbaycan mənbələrinə istinad edərək əkinçiliyin qədim dövrlərdən kifayət qədər geniş yayıldığını diqqətə çatdırır, lavaşın hazırlanma və bişirilmə qaydalarına nəzər salır.

Məqalənin maraqlı cəhətlərindən biri də burada müqayisə üçün erməni müəlliflərinin yazılarına müraciət olunmasıdır. Tarixçi alim qeyd edir ki, erməni Sevaratyan "lavaş" sözünün türk dilindən götürüldüyünü, türk, Azərbaycan, qazax, özbək, qaraçay, tatar və uyğur dialektlərində istifadə olunduğunu bildirir. Həmçinin lavaş və lavaş məhsullarının Azərbaycan mətbəxində geniş istifadə edildiyini yazır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm