Qırmızı.az
Azərbaycan və Türkiyə mediası: ortaq dəyərlər, vəzifələr və perspektivlər
Hazırda qloballaşan dünyada hər bir ölkənin öz milli informasiya cəmiyyəti formalaşmaqdadır. İndiki mərhələdə informasiya cəmiyyəti, bütövlükdə, ölkənin ictimai, siyasi, ideoloji, mədəni, intellektual paradiqmalarını formalaşdıran əsas kimi çıxış edir.
Çünki bütün hallarda cəmiyyəti təşkil edən hər bir fərd onda olan informasiya əsasında fəaliyyət göstərir və ətraf mühitlə davranışlarını bu əsasda formalaşdırır. Nəzərə alsaq ki, modern informasiya cəmiyyətlərinin spesifik xüsusiyyətlərindən biri informasiya istehlakının həddindən artıq çox olması və informasiyanın fərdin sosial keyfiyyətlərini formalaşdırmasıdır, o zaman biz informasiyanın nə qədər əlahiddə bir vasitə olduğunu bir daha anlamış olarıq.
İnformasiya cəmiyyəti milli sərhədlərlə məhdudlaşmır. Çünki
informasiyanın özü sərhəddi inkar edir – qəbul etmir. Xüsusilə də,
müasir mərhələdə çoxsaylı informasiya texnologiyalarının mövcud
olması və informasiyanın ötürülmə mexanizminin, yollarının çoxluğu
informasiya məkanını milli məkan kimi qorumağa imkan vermir. Çünki
milli informasiya məkanı daim sürətli impulslar idxal edir. Yaxud
transmilli media sosial şəbəkələr vasitəsilə milli informasiya
məkanına mütəmadi olaraq müxtəlif təmayüllü və mahiyyətli
informasiyalar ötürür. Belə olan halda, milli informasiya məkanı
ilə qlobal informasiya məkanının sərhədləri qarışır. Əgər bu cür
davam edərsə, bir müddət sonra, ümumiyyətlə, milli informasiya
məkanından bəhs etmək mümkün olmayacaq.
Qlobal informasiya məkanı qlobal dəyərləri formalaşdıran
vasitədir
Qloballaşma şəraitində bəhs etdiyimiz proseslər, o cümlədən qlobal
informasiya özünəməxsus dəyərlər formalaşdırır. Qeyd etdiyimiz
kimi, əldə edilən informasiyalar fərdlərin davranışlarını,
fərdlərin davranışları isə ictimai şüuru müəyyənləşdirir. İctimai
şüur da öz növbəsində, ictimai dəyərləri yaradır. Bu şəraitdə
istehlak edilən informasiya bilavasitə dəyərlərin formalaşmasına
təsir edən vasitəyə çevrilir. Bu zaman qlobal dəyərlər meydana
çıxır.
Bəs qlobal dəyərlər milli dəyərlərə necə təsir göstərir? Bu
məsələyə müxtəlif kontekslərdən yanaşmaq olar. Burada ya
informasiya məkanında dəyərlərin toqquşmasından, ya da
inteqrasiyasından danışılmalıdır. Ya milli informasiya məkanını
qorumalıyıq, ya da onun qlobal informasiya məkanına inteqrasiyasını
təmin etməliyik. Bunun üçünsə milli strategiya müəyyənləşdirmək
lazımdır. Çünki dəqiq müəyyən edilməlidir ki, qəbul olunan hansı
qərar perspektiv baxımından bizim milli maraqlarımıza cavab verir.
Bunun üçün, ilk növbədə, qloballaşmanın mahiyyəti dərk
edilməlidir.
Qlobal dəyərlər milli dəyərlərə qarşı
Qloballaşma faktiki olaraq milli dəyərləri, milli ideologiya və
düşüncəni, milli iqtisadiyyatı sıradan çıxaran bir vasitədir.
Qloballaşmanın paradiqmalarını müəyyənləşdirən Qərb
nəzəriyyəçilərinin fikirləri ilə tanış olanda bu prosesin
istismarçı mahiyyətini də dərk etmiş oluruq. Qloballaşma anlayışı
XX əsrin sonlarında, daha doğrusu 1983-cü ildə amerikalı
nəzəriyyəçi T.Levit tərəfindən Amerika Birləşmiş Ştatlarında ilk
növbədə iqtisadi termin kimi meydana çıxıb, sonradan siyasi terminə
çevrilib. Sadəcə iqtisadi termin kimi istifadə edilən zaman
qloballaşmanın mahiyyəti iqtisadi inteqrasiyanı təmin etmək idi.
Amma bəllidir ki, iqtisadi qloballaşma, əslində, tərəflərin ortaq
maraqlarını gerçəkləşdirməyə yox, daha çox qazanc əldə etməyə
xidmət edir. Belə olan halda, qloballaşmanı iqtisadi platformada da
inteqrasiya vasitəsi kimi görməməliyik. Deməli, iqtisadi
qloballaşma kapital yığımına yönəlmiş bir vasitədir. Bu şəraitdə
dəyərlərin də ixrac edilməsi və milli informasiya cəmiyyəti
tərəfindən qlobal informativ dəyərlərin mənimsənilməsi, nəticə
etibarilə, milli iradə və mənəviyyatdan, iqtisadiyyatdan güzəşt
edilməsinə gətirib çıxarır.
Milli informasiya məkanı milli iradə tərəfindən idarə
olunmalıdır
Beləliklə, indiki mərhələdə məqbul vəzifə milli informasiya
məkanını qorumaqdır. Əks təqdirdə, bu məkanda informasiyanın xaotik
hərəkətinin şahidi olacağıq. Eynilə beynəlxalq münasibətlərdə
olduğu kimi, “idarə edilən xaos” milli informasiya məkanını,
informasiya resurslarını da idarə edəcək. Ən təhlükəlisi budur ki,
milli informasiya məkanı yad qüvvələr tərəfindən idarə ediləcək.
Belə olduqda, tək bir çıxış yolu qalır: milli informasiya məkanını
qorumaqla qlobal informasiya məkanına inteqrasiya etmək. Bu, eyni
zamanda, milli dövlətlərin informasiya cəmiyyətinin qloballaşma
şəraitində əsas məqsədi olmalıdır.
Bəs bütün bunları ayrıca olaraq – tək bir dövlət kimi Azərbaycan
edə bilərmi? Əlbəttə, yox! Bunun üçün Türkiyə, Azərbaycan və digər
müttəfiq ölkələrin birgə informasiya məkanı yaratmaları və onun
müdafiə mexanizmini formalaşdırmaları məqsədəmüvafiq olar.
Müasir mərhələdə medianın yeni statusu "yumşaq güc" kimi
müəyyənləşməlidir
Biz bu vahid platforma çərçivəsində özümüzə, yəni milli media
institutuna yeni baxış formalaşdırmalıyıq. Yəni biz medianı artıq
informasiya əldə edən və ötürən bir mexanizm kimi yox, milli
təhlükəsizliyi təmin edən “yumşaq güc” kimi qəbul etməliyik. Çünki
milli media məkanı xalqın və dövlətin təhlükəsizliyi baxımından
mühüm önəm kəsb edir. Bu isə milli media üçün böyük vəzifələr və
məsuliyyət yaradır.
Milli media ictimai məsuliyyətin daşıcısı kimi
Konkret olaraq Türkiyə və Azərbaycan mediasının bu şəraitdə ortaq
dəyərlər və perspektiv məsuliyyət kontekstində fəaliyyətinə
gəldikdə isə bir məqama diqqət yetirməliyik. Əvvəla qeyd etmək
lazımdır ki, hər bir ölkənin milli mediasını təşkil edən media
mənsubları həmin cəmiyyətin yetirmələridir. Onlar öz davranışları,
dünyada baş verən hadisələrə, qloballaşma prosesinə baxışları ilə
fərdi yanaşmalarını ortaya qoyurlar. Əslində, onların intellektual
tip olaraq fərdi psixologiya və yanaşmaları təmsil olunduqları
medianın məsələlərə yanaşmasını müəyyənləşdirir. Bu mənada, Türkiyə
və Azərbaycan mediasının çoxsaylı ortaq – bənzər xüsusiyyətləri,
dəyərləri var. Çünki Azərbaycan və Türkiyə psixoloji tip
təsnifatında Turan tipinə aiddir. Turan psixoloji tipinin səciyyəvi
xüsusiyyətləri isə ondan ibarətdir ki, bu tip mühafizəkar, sabit və
qoruyucudur. Amma sabitliyin yaradıcısı deyil. Turan psixoloji tipi
ona hansısa modelin hazır təqdim olunmasını sevir. Əksər hallarda o
modeli mənimsədikdən sonra qorumağa hazır olur. Bəzi hallarda isə
özü yaradıcı tip olaraq ortaya çıxır. Bu tipin nümayəndələri, yəni
bizlər indiki mərhələdə yaradıcı deyilik. Deməli, onda heç olmasa,
əlimizdə olanı – milli dövlətimizi qorumalıyıq.
Qloballaşma şəraitində media milli təhlükəsizliyi qoruyan
əsas ictimai institutlardan biridir
Beləliklə, Azərbaycan və Türkiyə mediasının üzərinə düşən vəzifə
ilk olaraq medianın “yumşaq güc” olduğunu qəbul etməkdir. Yəni biz
informasiya cəmiyyətini ideallaşdırıb, sadəcə, lazım olan və ya
olmayan, milli dövlətçiliyimiz və dəyərlərimizə təhdid yaradan
informasiyaları cəmiyyətə mexaniki olaraq ötürməməliyik. Məhz milli
informasiya cəmiyyətlərimizin paradiqmaları, yuxarıda dediyimiz
kimi, “yumşaq güc” fəlsəfəsinə söykənməlidir. Bu isə, bütövlükdə,
medianın üzərində yeni məsuliyyət formalaşdıracaq. Beləliklə,
“yumşaq güc” kimi çıxış edən media instititu bu məsuliyyəti və
daşıdığı ictimai vəzifəni dərk edərək fəaliyyət göstərməklə həm
milli informasiya məkanını, həm də milli dövləti qorumuş olacaq. Bu
məsələdə Azərbaycan, Türkiyə və digər dost ölkələrin mediası nə
qədər əlaqəli fəaliyyət göstərəcək və bir-birinə inteqrasiya
edəcəksə, milli maraqlarımız da bir o qədər yaxşı qorunmuş olacaq.
Çünki Türkiyə və Azərbaycanın milli maraqları qlobal kontekstdə
vahid məqsəd kimi müəyyənləşib. Əməkdaşlıq mühitində hər iki
ölkənin inkişafı və sabitliyi bir-birinə ciddi şəkildə təsir
etməkdədir. Nəticə etibarilə, media da bu maraqları qoruyan bir
vasitə kimi çıxış etməlidir.
Hikmət BABAOĞLU
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi