“28 May”da qəza: sərnişin xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

“28 May”da qəza: sərnişin xəsarət aldı

Bakı Metropoliteninin “28 May” stansiyasında qəza baş verib. Gənc oğlan hərəkət edən qatarın güzgüsünə toxunub.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, 1997-ci il təvəlldülü Hüseynov İbrahim Zöhrab oğlu “28 May” stansiyasında olarkən Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən 41 saylı qatarın arxa vaqon güzgüsünə dəyib.

“Sərnişin qatar hərəkət edəndə güzgüyə toxunub, nəticədə o yıxılıb. Dərhal hadisə yerinə təcili yardım çağırılıb. Ona yardım çağırılıb, yaralı xəstəxanaya yerləşdirilib”.

N.Paşayev onu da bildirib ki, qatarların hərəkətinə, Metropolitenin işinə maneə yaradan sərnişinlər barədə polis tərəfindən inzibati protokol tərtib edilir. Sərnişinlərin məqsədli şəkildə Metropolitenin hər hansı avadanlığına zərər vurduqları halda onlar barəsində tədbir görülür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm