Bakıya yenə yağış gəlir
Bizi izləyin

Qırmızı.az

Bakıya yenə yağış gəlir

Bazar günü Azərbaycanda havanın yağmurlu keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, dekabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın bölgələrində də dekabrın 14-də havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm