Xristianlığa zərbə vuracaq İncil
Bizi izləyin

Qırmızı.az

Xristianlığa zərbə vuracaq İncil

Publika.Az-ın məlumatına görə, Həzrəti İsa peyğəmbərin həvarilərindən olan Barnabasın yazdığı və İslamın gəlişini əvvəlcədən xəbərə verən İncilin bu versiyasının 12 il əvvəl qaçaqmalçılıq əməliyyatı zamanı türk əsgələri tərəfindən ələ keçirilib.

Xəbərədə sionistlərin və Qərbin kitabda yer alanları ört-basdır etmək istədiyi, məhz buna görə də, onun türk əsgərlərinin əlində olduğu qeyd edilib.

Sayt bildirib ki, indiyə qədər Vatikan kitabı araşdırmaq üçün Türkiyəyə müraciət etsə də, türklər həmin İncili ictimaiyyətə açıqlamaq niyyətindədirlər.

Xristian dünyası tərəfində saxta elan edilən "Barnabas" İncilinin 41-ci bölməsində cənnətdən qovulan Həzrəti Adəmin geriyə dönüb baxdığı zaman qapının üzərində "Allah birdir, Məhəmməd onun elçisidir" yazıldığını gördüyü irəli sürülür.

Kitabda bundan başqa Həzrəti İsanın çarmıxa çəkilmədiyi, Tanrının oğlu olmadığı və Həzrəti Məhəmmədin peyğəmbər olaraq gələcəyi göstərilir.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm