Ötən gün Azərbaycanda 91 cinayət faktı baş verib
Bizi izləyin

Qırmızı.az

Ötən gün Azərbaycanda 91 cinayət faktı baş verib

Cinayət törətdiklərinə görə 28 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 91 cinayət faktı qeydə alınıb, onların da 39-u “isti izlər”lə açılıb.

Publika.az xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm