Siz soruşun, psixoloqlarımız cavablandırsın...
Bizi izləyin

Qırmızı.az

Siz soruşun, psixoloqlarımız cavablandırsın...

Məsələ ilə bağlı sizin də suallarınız varsa, psixoloqumuza müraciət edə bilərsiniz.

Müxbirimizin suallarını psixoloq Elnur Bayramov cavablandırıb:

Subay gənclər niyə ailəsindən ayrı yaşamaq istəyir?

• Bu, yetkinlik dövrünə çatan hər bir gəncin sərbəstlik axtarışından irəli gəlir.

• O, ailədə başa düşülmədiyini fikirləşir.

• Ayrı yaşamağı sərbəstliyə atılan birinci addım hesab edir.

Onları tənha həyata çəkən nə ola bilər?

• Sərbəstlik;

• Yüngül həyat tərzinə meyllilik;

• Ailədaxili münasibətlərin düzgün qurulmaması;

• Valideyn müdaxiləsindən uzaq olmaq istəyi;

• Həyatda təkbaşına nəyəsə nail olacağına inam.

Valideynlər bunu necə qarşılamalıdır?

• Bu halı normal qarşılamalı;

• Gəncin tək yaşamaq arzusunu faciə kimi qiymətləndirməməli;

• Həyatda təkbaşına nəyəsə nail olmaq fikrinə dəstək verməli;

• Tək yaşamağın çətinliklərini başa salmalı.

Valideynlərə psixoloqun qızıl məsləhətləri

• Artıq yetkinlik yaşında olan bir övladı danlamayın, artıq o, şəxsiyyətdir.

• Problemi öyüd-nəsihətlə həll etməyi üstün tutmayın.

• Həyat təcrübənizdən istifadə edərək sadəcə yol göstərin, ən doğrusunu övladınız seçəcək.

• Hər hansı bir məsələnin həllində israr etməyin.

• Ev və ailə məsələlərində onunla məsləhətləşin, söz haqqı olduğunu hiss etdirin.

• Ailə qurmaq məsələlərində onun seçiminə hörmətlə yanaşın.

Oxucuların nəzərinə! Elektron ünvanımıza ([email protected]) göndərdiyiniz suallar yaxın günlərdə psixoloqlarımız tərəfindən cavablandırılacaq və bu rubrikada yayımlanacaq. Yeni suallarınız varsa yazın.

Lalə Mehralı

[email protected]

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm