• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ayda 9 milyon dollar qazanan teleaparıcı

Ayda 9 milyon dollar qazanan teleaparıcı

Onun layihələri televiziyaların ən çox yer verdiyi və ən çox pul ödədiyi telelayihələrdir. Bir qayda olaraq milyonlar tərəfindən izlənən proqramları aparıcının özünə də küllü miqdarda qazanc gətirir. Var-dövlətinin sayı-hesabı yoxdur desək, onu daha yaxşı ifadə etmiş olarıq. Türkiyənin ən məhşur teleaparıcısı və ötən ilin ən yaxşı vergi ödəyicisi Acun İlıcalını siz də yaxından tanıyın.

Çox bacarıqsız şagird olub

Acun İlıcalı 1969-cu ildə Ədirnənin İlıcalı vilayətində dünyaya gəlib. Özündən iki yaş böyük Ömər adında qardaşı var. Ömər nə qədər ağıllı, bacarıqlı bir uşaq idisə Acun bir o qədər dəcəl, ram olmayan və dərslərində tənbəl idi. 5-ci sinifdə siqaret çəkməyə başlayan bu uşaq gözlənilmədən uğurlar qazanmağa başlayır. Heç gözlənilməyən bir zamanda liseyə daxil olur. Çox istedadlı şagird olmasa da, birtəhər imtahanlardan keçir. Sinifin ən pis, məktəbin isə ən bacarıqsız şagirdi olur. Köçürmələr sayəsində hər il sinifi keçən Acun liseyi birtəhər bitirir.

Həyatının ən dəhşətli dönəmi

İngilis dilini yaxşı bilməsi onun dadına çatır və İstanbul Universitetinin ingilis dili fakültəsinə daxil olur. Amma universitet həyatı, məzun olmadan bitir, çünki 19 yaşında evlənərək oxumağın "daşını atır". Evliliyinin ilk ilində qızı dünyaya gəlir.

Qızı doğulduqdan 9 ay sonra isə ata-anasını bir yol qəzasında itirir. Tam təsadüf nəticəsində indi 17 yaşında olan, 9 aylıq qızı Banu sağ qalır. O andan etibarən də həyatının ən çətin illəri başlayır. Qəzadan sonra Acun bir il evdən bayıra çıxmır. Bu çətin günlərdə həyat yoldaşı ondan ayrılmaq qərarı verir və boşanırlar. Boşanmadan sonra isə depressiyaya düşən Acun heç kimlə əlaqə saxlamır.

Ölümcül qəzadan möcüzə sayəsində qurtulur

Ailəsi yol qəzasında həlak olandan, yoldaşından boşanandan sonra ağır sarsıntı keçirən Acun qorxu və ölümü düşünmədən yaşamağa başlayır. Bir ildən sonra yavaş-yavaş evdən çıxmağa, gecələr motosikletlə gəzməyə gedir. Heç vaxt yol keçəndə diqqət etmir, ölümdən qorxmur.

Yeni bir motesiklet alır və həyatına çılğıncasına davam edir. Tərkində dostu ilə bir axşam motosikletdə yol gedərkən qorxunc bir qəza keçirir. Dostu həmin qəzada ölür, Acun isə ağır yaralanır, qırılmış sol qoluna dəmir millər taxılır, 36 tikiş vurulur.

Başlanğıc…

1995-ci ildə cins şalvarlar dükanı açır, amma işləri yaxşı getmir və böyük zərərə uğrayır. Bir müddət işsiz gəzir və idmana olan marağı ona yeni başlanğıc üçün kömək edir. "Kanal D"-nin müdiri olan İrfan Şahin, Acunun əmisi oğlunun dostu idi və Acunu tanıyırdı. O vaxt İrfan, Show TV-də maliyyə nəzarətçisi idi. Bir gün ona baş çəkən Acun stajçı olaraq kanalda işə başlamaq barədə təklif alır və ayda 100 dollar maaşla işə başlayır.

İdman departamentində işləyən Acunu 2 ay sonra işdən çıxarırlar, amma sonra geri çağırırlar. "Beşiktaş" futbol klubunun oyunlarından məsul olan Acun futbolçularla, rəhbərliklə münasibətlərini yaxşılaşdırır, xüsusi reportajlar hazırlamağa başlayır və bir anda məhşur olur. Məhşurluğu onun maaşının 7 dəfə çoxalmasına təkan verir, eyni zamanda "Televole" adlı futbol-maqazin verilişinin heyətinə keçirilir. Bu proqramda bir rubrika açır və müxtəlif ölkələrdən reportajlar verməyə başlayır. 105 ölkə gəzir və bu arada da təkrar evlənir. Zeynəb adlı ikinci həyat yoldaşından iki qızı olur, Leyla və Jasmin.

Qazancı fantastikdir

2005-ci ildə "Acun Media" adlı şirkətini təsis edir, proqramlar hazırlamağa və onları televiziyalara satmağa başlayır. "Fear Faktor" və "Survivor" yarış proqramları ona çox uğur gətirir. "Acun firarda", "Varmısın, Yokmusun?" adlı proqramlarla teleaparıcılıq karyerasına öz möhürünü vuran Acun məhşur və sevilən bir aparıcıya çevrilir.

Son zamanların ən çox izlənən "Yetenek sizsiniz Türkiye" ve "O ses Türkiye", "Yok böyle dans" adlı istedadlar verilişlərinin, eyni zamanda "Survivor" verilişinin ideya müəllifi və aparıcısıdır. "Show" TV, Acuna proqramların hər biri üçün 750 min dollar ödəyir, onun Şhow Tv-dən aylıq qazancı 9 milyon dollardır.

Var-dövləti əlindən alınacaq?

Fantastik qiymətə olan "Ferrari", "Bentley Mulsanne", "Aston Martın", "BMW", "Range Rover" kimi 6 maşından, hər birinə bir sərvət xərclədiyi motosikletlərindən sonra Acun 7 milyon dollara 9 nəfərlik bir təyyarə də alıb. 1 milyon dollara aldığı gəmisi və 1.575 at gücündə sürət gəmisi isə olduqca çox söz-söhbətə səbəb olub.

Son günlər ikici həyat yoldaşı ilə ailədə problemlər yaşadığı və boşanmağa hazırlaşdığı barədə türk mətbuatında xəbərlər yayımlanmaqdadır. Zeynəb İlıcalı onu xəyanətdə ittiham edir və boşanmaq üçün məhkəməyə ərizə də verib.

42 yaşlı Acun İlıcalının öz proqramlarında geyim məsləhətçisi kimi çalışan 20 yaşlı qızla münasibətinin olduğu barədə də dedi-qodular gəzir. Türk mediası yazır ki, o həmin qadına ev və son model maşın da alıb. Məhkəmədə Zeynəb və Acun İlıcalı boşandığı təqdirdə teleaparıcının mal-mülkünün yarısı həyat yoldaşına veriləcək, bunun üçün bütün var-dövləti məhkəmə tərəfindən siyahıya alınıb və ortaya çıxan məbləğ heç də az deyil – 25 milyon dollar. Amma mediada yayılan xəbərlərə görə bu onun var-dövlətinin hamısı deyil. Çünki təkcə "Şhow" TV-dən ayda 9 milyon dollar maaş alan aparıcının ümumi var-dövlətinin 25 milyon dollar olması inandırıcı gəlmir.

Lalə

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR