Daha iki Akademiya Bilik Fondu ilə əməkdaşlığa hazırdır
Bizi izləyin

Qırmızı.az

Daha iki Akademiya Bilik Fondu ilə əməkdaşlığa hazırdır

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları dekabrın 16-sı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olublar.

Publika.az-ın məlumatına görə, Akademiyanın rektoru, akademik Ömər Eldarov və prorektoru, professor Fuad Salayevin iştirakı ilə keçirilən görüşdə ali təhsil ocağının kollektivinə Fondun fəaliyyəti barədə geniş məlumat verilib.

Rəssamlıq Akademiyasının müəllim və tələbələrini Fondla əməkdaşlığa dəvət edən O.Səmədov bildirib ki, rəssamların cəlb olunacağı layihələr yaradıcı mahiyyəti ilə fərqlənir. Bu isə maarifləndirmə işində vacib amildir.

Ö.Eldarov rəhbərlik etdiyi Akademiyanın Bilik Fondu ilə əməkdaşlığa hazır olduğunu deyib, yaxın vaxtlarda konkret layihəyələrə başlamağın vacibliyini vurğulayıb.

Növbəti görüş Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında olub. Dekabrın 18-i Bilik Fondunun Aparat rəhbəri Rəfail Həsənov və əməkdaşlar Akademiyanın kollektivi ilə görüşüblər.

Rəhbərlik etdiyi ali məktəbin qonağı olduğuna görə Bilik Fonduna minnətdarlığını bildirən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov müəllim və tələbələrin sosial layihələrdə aktiv iştirak etməyə hazır olduğunu bildirib.

R.Həsənov Fondun məhz bu yönümlü layihələrə üstünlük verdiyini deyib və bugünə qədər görülən işlərdən danışıb.

Görüşdə auditoriya tərəfindən maraqlı suallar və təkliflər səsləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm