Aydın Mirzəzadə: “AXCP sədri virtual aləmdə yaşayır“ - MÜNASİBƏT
Bizi izləyin

Qırmızı.az

Aydın Mirzəzadə: “AXCP sədri virtual aləmdə yaşayır“ - MÜNASİBƏT

Bunu Publika.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə AXCP sədrinin aksiyalar nəticəsində hakimiyyətin dəyişəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib: "Hesab edirəm ki, cənab Kərimli real danışmır. O, son bəyanatları ilə virtual aləmdə yaşadığını büruzə verməyə çalışır. Aksiyalara başlamaq üçün gərək sosial baza ola, dəstəkləyən qüvvə ola, onların bayraqları ətrafına on minlərlə insan toplaşa. Əgər bunlar bu gün rayonlarda təşkilatlanmağa qüvvə tapmırlarsa, sıralarına çox az sayda insan gəlirsə, ətraflarında tanınmış ziyalılar yoxdursa, aksiyalara nə cür başlayacaqlar?", - deyə A.Mirzəzadə söyləyib.


O vurğulayıb ki, bir qayda olaraq, hətta azsaylı aksiyalarda belə, Əli Kərimlinin özü görünmür: "Bu, generalsız orduya bənzəyir. Liderin özü olmayandan sonra, insanlar hansı məqsədlə və nəyə gedəcəklər? Eyni zamanda qeyd edim ki, müxalifətçinin hakimiyyəti dəyişmək arzusu normaldır. Lakin AXCP sədri demokratik yolla, seçki üsulu ilə deyil, üsyanlar, iğtişaşlar, zor yolu ilə hakimiyyəti dəyişmək istəyir. Əli Kərimli özünü 21-ci əsrin Lenini, Trotskisi hesab edir".

Aksiyaların qanun çərçivəsində sivil etiraz forması olduğunu deyən YAP-çı deputat qeyd edib ki, əgər AXCP lideri hakimiyyəti devirmək üçün zora, qarşıdurmaya əl atsa, qanun qarşısında cavab verməli olacaq.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm