Yeni avtobuslar hansı marşrutlara veriləcək?
Bizi izləyin

Qırmızı.az

Yeni avtobuslar hansı marşrutlara veriləcək?

“Türkiyədən Bakıya gətirilən 50 avtobusun hər birinin iyirmi dörd oturacağı var, sərnişin tutumu 69 nəfərdir”.

Publika.az-ın məlumatına görə, bu barədə “Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi Füzuli Sadıqov AzərTAc-a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu avtobusların sürücüləri sərnişinlərə yeni geyim formalarında xidmət göstərəcəklər. Yeniliklərdən biri də ondan ibarətdir ki, avtomatik sürət qutusu ilə təchiz edilən avtobuslar qapılar bağlanmasa, yerindən tərpənməyəcək: “Yəni, əvvəlki kimi, sərnişinlərin qapıdan sallanmaları mümkün olmayacaq. Bu, təhlükəsizlik baxımından vacib şərtdir. Bundan başqa, avtobusların yan şüşələri salona düşən günəş işığını təxminən 80 faiz azaldır”.

F.Sadıqov yeni avtobusların hansı istiqamətdə işləyəcəyinə aydınlıq gətirib.

“Bu avtobuslar yaxın günlərdə əvvəlcə 65 nömrəli marşrut üzrə, sonra isə 61, 79, 18 və 85 nömrəli marşrutlarda xəttə çıxarılacaq. Həmin marşrutlarda işləyən avtobuslar isə mərkəzdən uzaqlaşdırılaraq şəhərkənarı xətlərə veriləcək. Gələn ilin əvvəllərində paytaxta əlavə 150 avtobus da gətiriləcək.

“Avro 5” standartlarına cavab verən bu avtobuslar digərlərindən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Fiziki imkanları məhdud insanların, eləcə də yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar da quraşdırılıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm