Ağdam sakini qayınatasını bıçaqlayıb
Bizi izləyin

Qırmızı.az

Ağdam sakini qayınatasını bıçaqlayıb

Publika.az Kanal S-ə istinadən xəbər verir ki, hadisə bu gün məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində baş verib.

Publika.az Kanal S-ə istinadən xəbər verir ki, hadisə bu gün məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində baş verib.

Aralarında baş verən şəxsi münaqişə zəmnində 1979-cu il təvəllüdlü Şükürov Namiq Xosrov oğlu, qayınatası, 1951-ci ildə anadan olmuş Umudov Umud İslam oğlunu döş qəfəsindən bıçaqlayıb.

Kürəkən bu əməli qonaq gəldiyi qayınatası evində törədib. Yaralı Bərdə Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Əlini qohum qanına batıran N. Şükürov Ağdam rayon Qalayçılar kəndindən məcburi köçkündür, hazırda Ağdam ərazisində Dördyol -1 qəsəbəsində yaşayır. O, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Bıçaq xəsarəti alan U. Umudov isə Laçın rayonunun Şəlvə kəndindən məcburi köçkündür, Ağdam ərazisindəki Baharlı qəsəbəsində məskunlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm