Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 26 dekabr 2014-cü il tarixində Şamaxı şəhərində, Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək.

Publika.az-ın FHN-in rəsmi saytına istinadən məlumatına görə, qəbulda yalnız Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Bakı-Şamaxı yolunun 119-cu kilometri) 25 dekabr 2014-cü il tarixində saat 09:00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm