Partlayış sosial şəbəkələri də silkələdi
Bizi izləyin

Qırmızı.az

Partlayış sosial şəbəkələri də silkələdi

Partlayış Bakı sakinlərini təşvişə saldı

Bu gün Azadlıq metrosu yaxınlığında yarımçıq tikililərin birində baş verən partlayış Bakı sakinlərini təşvişə salıb. Publika.Az xəbər verir ki, partlayış sosial şəbəkədə də ajiotaj yaradıb.

Hadisənin şahidi olanlar sosial şəbəkədə məlumat yayayaraq, hadisəyə münasibət bildiriblər.

Əminə Balaoğlanova: Biz tərəfdə nəsə dağıldımı, ya partdadı mı? Bilmirəm, amma dəhşətli bir səs çıxdı. Qaçdım pəncərəyə tərəf baxdım. Ətraf binalar salamatdı. Daha fikir vermədim. Bir 5 dəqiqə keçmədi ki, başlandı maşınların siqnalları, təcili tibb yardımları... Nə isə, aləm dəyib bir-birinə... Nə baş verir bilmirəm. Evdən 20 dəqiqəyə filan çıxacam. Hər halda görəcəm. Bircə onu bilirəm ki, səsdən vahimələnirəm.

Cavid Qurbanov: Partlayış necə olubsa, daş parçaları 5-10 m kənara tökülüb.

Əfqan Muxtarlı: Azadlıq metrosunda partlayış baş verəndə orda idim. Müharibə yadıma düşdü. Həm də insanlarımızın qorxaq olmadığını gördüm. Hər kəs partlayış baş verən yerə qaçıb, xəsarət alanlara köməyə gedirdi. Xoşbəxtlikdən heç kim ciddi xəsarət almamışdı.

Chery boom boom: Az öncə Azadliq metrosu yaxınlığında partlayış oldu. Ev az qala yerindən çıxırdı. Yaralananlar var. Allah köməkləri olsun.

Vüsalə Səfərli: Bakıda güclü partlayış nəticəsində xəsarət alanların kimliyi bilindi.
Partlayışdan sonra kafedə yanğın baş verdiyi də bildirilir, hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun qarşısını ala bilib.

Gülnaz Məmmədli: Metroda partlayış olub?

Məhəmməd Orucov: Orda olanlara Allah kömək etsin, ailələrinə səbr versin. Nə etmək olar, təbii fəlakətdir.

Fərqiyyə Cabbarlı: Xeyr ola? Son vaxtlar gah binalar yıxılır, gah binalarda partlayış olur. Allah axırımızı xeyr eləsin.

Əli Ruslan Vaqifoğlu: Ev silkələndi eeeee. Elə bildim zəlzələdir.

İlahə İsayeva: Qaz xətti partlayıb. Metroya heç nə olmayıb.

Çinarə İbrahimova: O binada qaz yoxdur, necə partlayış ola bilər?

Gülarə Ağayeva: Mənə maraqlıdır, necə qaz sızması olub ki, bizdə neçə illərdi qaz yoxdur və partlayış olan yer də iki addımlığımızdadır.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm