Ana 2 yaşlı oğlunu boğdu - TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Ana 2 yaşlı oğlunu boğdu - TƏFƏRRÜAT

Lənkəran rayonunda dəhşətli qətl hadisəsi qeydə alınıb.

Publika.az-a Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, rayonun Digah kəndində kirayədə yaşayan 1990-cı il təvəllüdlü Sevinc Bayraməli qızı Bayramovanın iki yaşlı oğlu Məhəmmədi boğaraq qətlə yetirib.

Prokurorluqdan verilən məlumatda qeyd olunur ki, ana polis əməkdaşlarına oğlunun yediyi qidadan boğulduğunu bildirib. Lakin aparılmış istintaq tədbirləri nəticəsində 2 yaşlı Məhəmmədin yeməkdən yox, məhz anası tərəfindən boğularaq qətlə yetirildiyi müəyyənləşib.

Prokurorluğun məlumatına görə, Sevinc Bayramova Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və ifadəsi alınıb.

Digah kənd sakinlərindən əldə etdiyimiz məlumatda bildirilir ki, Sevinc Bayramova əslən rus olub. O, anadan olarkən uşaq evinə verilib və adı da Yekatirina olub. Yekatirina 5 yaşında azərbaycanlı ailəsinə övladlığa verilib və Bayramovlar ailəsi azyaşlı qıza Sevinc adını veriblər. 2010-cu ildə Sevinc Bayramova Lənkəran rayonunun Sütəmirdov kəndində yaşayan bir kişi ilə ailə qurub. İki il ailəli olan Sevinc Bayramovanın Məhəmməd adında oğlu olub. Oğlu olandan bir neçə ay sonra əri bədbəxt hadisə nəticəsində ölüb. Bundan sonra Sevinc Bayramova ər evini tərk edib və Digah kəndində evlərdən birində kirayə yaşayıb.

İlkin ehtimala görə, əri öləndən sonra qadında psixi problemlər olub. Elə övladını da öldürəndə özündə olmadığı deyilir.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm