Fond “Açıq qapı günü” keçirdi
Bizi izləyin

Qırmızı.az

Fond “Açıq qapı günü” keçirdi

Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu Salyanda regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib.

Fonddan Publika.az-a verilən məlumata görə, “Azərbaycanın müasir sosial sığorta-pensiya sistemi - pensiyanızı özünüz hesablayın” adlı regional tədbirdə Salyan, Neftçala, Biləsuvar, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.

Forumda bildirilib ki, bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılıb. Beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulan sosial müdafiə sistemi vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir.

Tədbirdə çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, “Elektron hökumət” portalının statistikasına əsasən DSMF-nin elektron xidmətləri ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.

Dünya Bankının “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

Regional forumda qeyd olunub ki, 2014-cü il dekabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 249 951 sığortaolunana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,29 faiz artıb. Bununla da Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 941 308 nəfərə yüksəlib.

Təqdimatla çıxış edən DSMF-nin şöbə müdirinin müavini Rüfət Oruclı diqqətə çatdırıb ki, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir. Hesabatların elektron qaydada təqdim edilməsini nəzərdə tutan “Elektron hesabat” xidməti isə DSMF-nin sığortaedənlər tərəfindən ən fəal istifadə olunan elektron xidmət növlərindən biridir.

Tədbirdə ölkədə pensiya ödənişlərinin 99,9 %-nin plastik kartlarla aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan “Pensiya+” xidməti, habelə Fondun əhaliyə və sığortaedənlərə təqdim etdiyi çoxsaylı elektron xidmətlər barədə də iştirakçılara ətraflı məlumat verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm