Suraxanıda intihara cəhdin səbəbi bəlli oldu
Bizi izləyin

Qırmızı.az

Suraxanıda intihara cəhdin səbəbi bəlli oldu

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 81 saylı sərnişin avtobusunun sonuncu dayanacağının yaxınlığında yerləşən yarıtikili binada 3 nəfər intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, intihara cəhd edənlər həmin tikilidə işləyənlərdir.

“Üç nəfər şəxsin intihara cəhd etməsi ilə bağlı məlumat daxil olan kimi əməkdaşlarımız hadisə yerinə göndərilib. Məlumata əsasən, onlar maaşları verilmədiyinə görə intihara cəhd ediblər. Taxta qırıntılarını ataraq intihar edəcəklərini deyiblər. Lakin nazirliyin xilasediciləri hadisə yerinə çatana qədər həmin şəxslər oranı tərk ediblər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm