“Azəriqaz” rəsmisindən qazı kəsilən abonentlərə unikal təklif: “Borcu yoxdursa, əlavə xətt çəkdirib istifadə eləsin”
Bizi izləyin

Qırmızı.az

“Azəriqaz” rəsmisindən qazı kəsilən abonentlərə unikal təklif: “Borcu yoxdursa, əlavə xətt çəkdirib istifadə eləsin”

Qala qəsəbəsi Dəmiryol stansiyasının yaxınlığında yaşayan sakinlərin bir neçə gündür ki, qazı kəsilib. Şikayətçilərin Publika.az-a verdikləri məlumata görə, buna səbəb qonşulardan bir neçəsinin qaza olan borcudur. Onların sözlərinə görə, qaza görə yaranmış borc 1000 manatdır və buna görə də 24 ailənin qazı kəsilib:

“Yaranan borc isə debütor borcdur və qaz boruları köhnə olduğundan və aşağı təzyiqi olan qaz evlərə sayğac vasitəsilə çıxmadığından bəzi sakinlər sayğacı çıxararaq qazdan sayğacsız istifadə ediblər”.

Qəsəbə sakini Taleh Şəmsiyevin Publika.az-a bildirdiyinə görə, qaz kəsilərkən borcu olmayanlar nəzərə alınmayıb: “Mənim evimdə Smart tipli qaz sayğacı var və heç bir borcum yoxdur. Evdə iki azyaşlı uşaq var, yaşlı insanlar var. Axı belə olmaz, borcu olmaya-olmaya qazı kəsmək nə dərəcədə düzgündür?”

Şikayətçilərin sözlərinə görə, Xəzər rayon Qaz İstismar Sahəsinin əməkdaşları onlara hər ailəyə 50 manat ödəməsələr, qaz xəttini birləşdirməyəcəklərini deyiblər.

Məsələyə aydınlıq gətirmək üçün Xəzər rayon Qaz İstismar Sahəsinin əməkdaşı Balaş müəllimlə əlaqə saxladıq. Qurum rəsmisi həqiqətən borcu olmayan sakinlərin qazının kəsildiyini etiraf etsə də, həmin ərazidə 24 deyil, 7 ailənin yaşadığını dedi: “Doğrudur, qaz kəsilib. Orada 24 deyil, 7 abonent var və onların qazı kəsilib. Biz heç kimdən pul istəməmişik, sadəcə olaraq bildirmişik ki, borcun 50%-i ödənsin, sonra qazı birləşdirək. Biz borclu abonentlərin qazını başqa cür kəsə bilmərik, əgər borcu yoxdursa, əlavə xətt çəkdirsin, ondan istifadə eləsin”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm