Qırmızı.az
Magistraturaya qəbul imtahanının vaxtı dəyişdirildi (YENİLƏNİB)
N.Əliyev bildirib ki, imtahana düşən sualların
tərkibində bəzi dəyişikliklər var.
“İnformatika üzrə imtahanda bakalavrlar “Ofis proqramı”nın 2010-cu il, “Windows proqramı”nın 2007-ci il versiyaları üzrə suallara cavab verəcəklər. Magistratura imtahanlarında xarici dil seçimində də dəyişiklik olacaq. Belə ki, tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman, fransız və ya rus dilini seçməlidirlər. Tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini seçə bilərlər. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməlidirlər.
Filologiya ixtisasının Azərbaycan dili və ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini seçə bilər.
Filoligiya, dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi
və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən
bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə
bilməzlər”.
Şöbə müdiri qəbul imtahanlarının vaxtına da aydınlıq gətirib. Onun sözlərinə görə, yaxın zamanda bütün imtahanların dəqiq tarixi barədə məlumat veriləcək.
N.Əliyev bu ilin qəbul planının hələlik dəqiqləşdirilmədiyini deyib:
“Bu barədə ali təhsil müəssisələrinə müraciət edilib. Bu il yeni ixtisasların olacağı güman edilmir. Qəbul imtahanlarının vaxtında ciddi dəyişiklik olacağı gözlənilmir. Ediləcək dəyişikliyin abituriyentlərə problem yaradacağı güman edilmir”.
Gülxar
11:36
Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Azərbaycanda ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının tarixi dəyişdiriləcək.
rend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Әliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsi martın əvvəlində keçirilmişdi. Bu il isə həmin imtahanın fevralın sonunda keçirilməsi nəzərdə tutulur. Ötən il qəbul imtahanının ikinci mərhələsi üzrə imtahan mayın sonunda baş tutmuşdu. Bu il isə həmin imtahanların aprelin sonu, mayın əvvəlində keçirilməsi planlaşdırılır.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi