Qırmızı.az
Ukraynada Xocalı ilə bağlı tədbirlər keçirilib
Xocalıya Ədalət kompaniyası çərçivəsində Ukraynada Xocalı Ayı ilə bağlı tədbirlərə Odessa şəhərindən start verilib.
Publika.Az-ın xəbərinə görə, anım mərasimləri Ukrayna Azərbaycanlı Gənclər Birliyinin, Ümumukrayna Gənclər Assambleyasının və ASAİF-in təşkilatçılığı ilə keçirilib.
Anım mərasimində iştirak edən azərbaycanlı və ukraynalı gənclər, diplomatlar və bir sıra xalqların diaspora təmsilçiləri ilk öncə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva çıxış edərək son iki əsrdə ermənilərin Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. 1992-ci il fevral ayının 26-da erməni silahlı dəstələrinin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirdikləri misli görünməmiş vəhşiliklərdən söz açan Azərbaycanın Ukraynadakı səfirliyinin 1-ci katibi Sabir Rzayev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər şəxslər aradan 22 il keçməsinə baxmayaraq dünya birliyinin və beynəlxalq təşkilatların Xocalı soyqrımına hüquqi-siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndiriblər.
Mərasimə qatılanlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı harayı" filminə baxmaqla ermənilərin 22 il bundan öncə azərbaycanlılara qarşı həyata keçirdikləri bəşəri cinayətlə tanış olublar.
“Xocalı faciəsini törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”. Filmə baxdıqdan sonra bu müraciətlə çıxış edən Odessa meri yanında Gənclər təşkilatının sədri İnna Tımçik və digər ukraynalı gənclər indiyədək belə bir bəşəri cinayətə göz yuman dünya birliyini haqqa və ədalətə səsləyərək qeyd ediblər ki, Xocalı faciəsi dünyada baş verən ən amansız qətliamlardan biridir . "Biz təəssüflənirk ki, indiyədək beynəlxalq təşkilatlar belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməyib .Əminik ki, gec tez dünya birliyi Xocalı faciəsini soyqrım aktı kimi tanımaq məcburiyyətində qalacaq".
Tədbirdə Xocalı soyqrımına hüquqi siyasi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunub.
Publika.Az
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO