Qırmızı.az
Azərbaycanda işləyən əcnəbilərin çoxu Türkiyə vətəndaşlarıdır
2015-ci il yanvar ayının 1-nə olan statistikaya əsasən, 2014-cü ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 31,7 faiz artıb.
DSMF-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 2014-cü il ərzində DSMF tərəfindən əlavə olaraq 5 425 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 22 524-ə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,1 faizini (20 070 nəfər) kişilər, 10,9 faizini (2 454 nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12 033 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2527-yə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1294-ə çatıb.
Sonrakı yerlərdə İran İslam Respublikası (870), Çin Xalq Respublikası (753), Hindistan (620), Pakistan İslam Respublikası (463), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (346), Ukrayna (253), Özbəkistan (237), Banqladeş Xalq Respublikası (202), Filippin (193), Almaniya (192), Türkmənistan (184), ABŞ (167), Qazaxıstan (159), İtaliya (150), Cənubi Koreya Respublikası (142), Bosniya və Hersoqovina (132), Malayziya (103) və s. ölkələr gəlir.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi