Qırmızı.az
81 yaşlı kişi qısqanclıq zəmnində qarısını öldürdü - FOTO
50 illik həyat yoldaşı Adalet Kahramanı baltalayan 81 yaşlı Ali Kahraman Ağır Cəza Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ərzurumda qeydə alınıb. Məhkəmə istintaqı zamanı bəlli olub ki, 3-ü oğlan olmaqla 5 övladları olan Adalet və Ali cütlüyü arasında mübahisə yaranıb. Əsəbləri tarıma çəkilən ər mübahisə zəminində həyat yoldaşını baltalayıb və daha sonra polisə təslim olub.
Polisin araşdırmalarından sonra o, məhkəmə qərarı ilə E Tipli Cəza evinə yerləşdirilib.
Bu gün isə onun işilə bağlı 2-ci Ağır Cəza Məhkəməsində ilkin
məhkəmə prosesi keçirilib. Qulaqları zəif eşitdiyi üçün proses
boyunca uca səslə danışan 81 yaşlı Ali Kahraman «Kəndə dönmək
istəyirdim. Bu barədə həyat yoldaşıma bir neçə dəfə xəbərdarlıq
etmişdim. O isə kəndə getmək istəmirdi. «Sən hara gedirsən get, mən
getmirəm. İstədiyim yerə gedərəm», deyə mənə etiraz etdi. Hadisə
baş verdiyi gün eyni səbəbdən yenidən aramızda mübahisə düşdü.
Namaz qıldıqdan sonra yatdıq. O, sağ tərəfi üstə yatmışdı. Mən onu
sol tərəfindən baltaladım. 420 lirə maaş alırdım. Onun da 225
lirəsi kirayə qaldığımız ev üçün gedirdi. Kommunal xərcləri nə ilə
ödəyim? Hadisə kasıbçılıq ucbatından oldu. Arvadımı naməhrəmdən
qısqanırdım. Bu da səbəblərdən biridir», deyə məhkəmədə ifadə
verib.
Bundan sonra Ali Kahramanın nəvəsi Yusuf Kahraman prosesdə şahid
qismində dindirilib. O, babasının daim nənəsini söydüyünü qeyd
edib: «Babam kənddə yaşadığı vaxtlarda nənəmi tövləyə salıb onun
üstünə benzin töküb yandırmaq istəyirdi. Bunu bizə nənəm
danışmışdı. Babam nənəmi bizdən də qısqanırdı. Onlar daim mübahisə
edir, bir-birinə çığırırdı».
Beləliklə, 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə Ali Kahraman
ömürlük azadlıqdan məhrum edilib.
Vazeh
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?