Qırmızı.az
BANM Hyuston Universiteti ilə əməkdaşlıq edəcək - FOTOLAR
Bakı Ali Neft Məktəbi (BANM) və ABŞ-ın Hyuston Universiteti arasında birgə magistr hazırlığı ilə bağlı Razılaşma Protokolu imzalanıb.
Bu barədə Publika.az-a ali məktəbin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, BANM-ın rektoru Elmar Qasımov Azərbaycanda səfərdə olan ABŞ-ın Hyuston Universitetinin rektoru Renu Xatur və rəhbərlik etdiyi nümayəndə heyəti ilə gələcək qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edərək universitetlər arasında neft-qaz mühəndisliyi, kimya mühəndsiliyi ixtisasları üzrə qarşılıqlı əməkdaşlığın qurulmasında və bu əməkdaşlıq çərçivəsində tələbə və mütəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərilməsində maraqlı olduğunu bildirib.
Sonra Renu Xatur BANM-in professor-müəllim heyəti və tələbələri ilə görüş kecirib. Qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri Qonaq” diplomu təqdim edilib.
Xatırladaq ki, Hyuston Universitetində Xocalı soyqırımı, eləcə də Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra tədbirlər hər il ənənəvi olaraq keçirilir.
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO