Metroda yenə də problem yaşandı
Bizi izləyin

Qırmızı.az

Metroda yenə də problem yaşandı

Bu gün günorta saatlarında metronun “Dərnəgül” stansiyasında problem yaşanıb.

Publika.az-ın məlumatına görə, “Azadlıq prospekti” stansiyasından “Dərnəgül” stansiyasına gələn qatar bir neçə dəqiqə tuneldə qalıb. Daha sonra isə eskalatorlar işləməyib. Metro dispetçerləri elektrikin qısa müddətə kəsildiyinə görə eskalatorların işləmədiyini deyib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yalnız həmin stansiyada gərginlik aşağı düşüb. Elektrik kəsintisi olmayıb. Qısa zamanda eskalatorların hərəkəti bərpa edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm