Qırmızı.az
Sürücü avtobusu müfəttişin üstünə sürdü - VİDEO
Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisinin əmkdaşları
qanunsuz sürücülük fəaliyyəti göstərən şəxslərə qarşı reyd
keçiriblər.
ANS TV-nin məlumatına görə, reyd zamanı sürücü ilə nəqliyyat
müfəttişi arasında mübahisə yaranıb. Səbəb qanunsuz idarə etdiyi
avtobusdan düşmək istəməməsidir. Sumqayıt-Bakı istiqamətində, heç
bir lisenziya almadan, sürücülük vəsiqəsiz, sərnişindaşıma ilə
məşğul olan şəxs nə nəqliyyat nazirliyinin, nə də hüquq-mühafizə
orqanlarının əməkdaşlarına tabe oldu. Əksinə onlarla sözün əsl
mənasında söz güləşdirərək bölməyə aparıldı.
Masallıdan Sumqayıta qanunsuz idarə etdiyi avtobusla sərnişin
çatdırmaq istəyən digər sürücünün istəyi isə ürəyində qaldı. Çünki
onun müvafiq sənədləri yox idi. Buna görə də sürücü 100 manat
məbləğində cərimə edildi.
Bundan başqa Nəqliyat Nazirliyi və Dövlət Yol Polisi, qanunsuz
sürücülük fəaliyyəti göstərən şəxsi saxladılar. Digərlərindən
fərqli olaraq bu sürücü isə kiçik tutumlu avtobusunu nəqliyyat
müfəttişlərinin üzərinə sürdü.
Reyd zamanı sürücülük vəsiqəsi, lisenziyası qaydasında olmayan daha
bir avtobus saxlanılsa da, sürücü sərnişinlə dolu avtobusun açarını
da götürüb ərazidən uzaqlaşdı. Sərnişinlərsə Nəqliyyat Nazirliyinin
əməkdaşları tərəfindən avtobusdan çıxarıldı.
Bəzi sükan arxasına əyləşənlərsə, nazirlik əməkdaşlarına nəqliyyat
vasitəsinin açarını təqdim etməsə də, bu, onları xilas etmədi.
Avtomaşınları cərimə meydançasına aparıldı.
Sumqayıt Regional şöbəsinin sektor müdiri Məzahir Piriyev sözlərinə
görə, avtomobilləri idarə edən sürücülərin bəzilərinin sürücülük
vəsiqəsi, texniki pasportu yoxdur: “Bəzilərinin isə sürücülük
dərəcələri yoxdur. Bunlar sərnişinlər üçün çox böyük təhlükə
yaradır. Onun görə də, bu cür sürücülərə qarşı mütəmadi olaraq
reydləri davam etdiririk. Onlara qarşı inzibati qaydada protokul
tərtib olunur”.
Sektor müdiri onu da bildirdi ki, bu cür reydlər ayın sonuna qədər
davam edəcək.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO