Qırmızı.az
Dövlət Baytarlıq Xidməti mənşəyi məlum olmayan 10 ton ət aşkarladı
“Bərdə rayonunda Səməd Vurğun küçəsi 9 ünvanında yararsız halda olan və mənşəyi məlum olmayan 10 tona yaxın ət tapılıb. Ətlər Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində aşkarlanıb. Həmin şəxs ətlərin topdansatışı ilə məşğul olub”.
Bu barədə Publika.Az-a Dövlət Baytarlıq Xidmətinin Mətbuat Xidmətinin rəisi Yolçu Xanvəli məlumat verib. Onun sözlərinə görə, bu barədə nazir Heydər Əsədova məlumat verilib, onun tapşırığı əsasında ərazidə reyd keçirilib.
“Ətlər baytarlıq normalarına uyğun olmayan yerdə kəsilib və tələbələr cavab verməyən şəraitdə saxlanılıb. Ətlər iki ilə yaxındır ki, soyuducuda saxlanılıb. Soyuducunun normal işləmə rejimi təmin edilməyib, ətlərdə çürümə baş verib. Burada mənşəyi məlum olmayan, murdar olmuş xırdabuynuzlu heyvan ətləri də var. Ətlərdən nümunə götürülüb, müayinədən sonra heyvanat parkına veriləcək”.
Y.Xanvəli bu ətlərin heyvanat parkına verilməsinin heyvanların sağlamlığına problem yaratmayacağını dedi.
Aşkarlanmış ətlərin bir hissəsinin bazara çıxarılmasına gəldikdə isə, Y.Xanvəli bunu istisna etmədiyini bildirdi:
“S.Novruzovun sözlərinə görə, uyğun qiymətə sata bilmədiklərinə görə, iki ildir satışla məşğul olmurlar. Lakin buna baxmayaraq, baytarlıq xidmətinin əməkdaşları rayon bazarında hər gün reyd keçirir. Lakin ətlərin bir hissəsi kolbasa sexləri, şadlıq evləri, restoranlara da verilə bilər”.
Gülxar
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI