Qırmızı.az
Baş Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı
Baş Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yayıb.
Publika.az-a daxil olan məlumatda bildirilir ki, yanvarın 22-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 10, mənzil 15-də iki şəxsin meyitinin aşkar edilməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında dərhal şəhər prokurorluğu və Polis Şöbəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini 1965-ci il təvəllüdlü Kişiyev Araz Babayar oğlu Şirvan şəhərində kirayədə yaşayan gəlini - 1976-cı il təvəllüdlü Balakişiyeva Sevinc Məmməd qızına şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zəminində çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürdükdən sonra özünün də boğaz nahiyəsini kəsərək intihar edib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda baş vermiş cinayətin bütün xüsusatlarının tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO