Millət vəkili təhsil aldığı məktəbdə
Bizi izləyin

Qırmızı.az

Millət vəkili təhsil aldığı məktəbdə

Millət vəkili Qənirə Paşayeva təhsil aldığı məktəbin bütün müəllim və şagirdlərinə kitablarını hədiyyə edib.

Tovuz rayonunda, 1 saylı Düz Qırıqlı kənd orta məktəbində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitabların "Məndən sonra ...", "Səndən sonra ...", "O...", "Dünyanı dəyişən alimlər", "Hesab vaxtı" , "Aşk deyince ötesini arama ..." və. s kitablarının təqdimatı və imzalanması keçirilib.

Millət vəkili Qənirə Paşayeva həyatdan köçmüş bütün dəyərli müəllimləri rəhmətlə yad edərək təhsil aldığı məktəbdə kitablarının təqdimatı və imzalanmasının keçirilməsinin bir başqa duyğu olduğunu və məktəbin kollektivinə bunun üçün təşəkkür etdiyini deyib.

Müəllifi olduğu kitablar haqqında məlumat verən millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin rəhbəri Qənirə Paşayeva bildirib ki, ölkəmizin möhkəmliyi üçün gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli və zəngin dünyagörüşünə malik olması əsas şərtdir. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir deyən millət vəkili Qənirə Paşayeva inkişafın yolunun kitabdan, oxumaqdan, öyrənməkdən keçdiyini və "müəllifi olduğum kitablar sizi xoşuna gələrsə, bundan məmnun qalaram" deyib. “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”, – millət vəkili Qənirə Paşayeva deyib.

Kitabı ən qiymətli hədiyyə adlandıran millət vəkili Qənirə Paşayeva tədbirin sonunda müəllifi olduğu kitabları hər bir müəllim və şagirdə imzalayaraq hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm