5 min dolları zibilqabına atdı
Bizi izləyin

Qırmızı.az

5 min dolları zibilqabına atdı

55 yaşlı Sevilay Güvənc “polis”in istəyinə görə, hesabından 5 min dollar çıxarıb zibil qabına atıb.


Publika.az-ın məlumatına görə, hadisə Türkiyənin Adana bölgəsində yaşanıb. Özlərini polis kimi təqdim edən iki nəfər cinayətkar axtardıqlarını və qadından onlara kömək etməsini xahiş ediblər.
“Bankda işləyən bir nəfər müştərilərinə saxta pul verir. Biz də onu tutmağa çalışırıq”-deyə “polislər” S.Güvənci aldadıblar.

Bu sözdən təsirlənən qadın tez banka gedib, hesabından 11 min lirə(5 min dollar) çıxarıb. Telefonla danışdığı polislərin dediyi kimi zibilxanaya atıb.

Bu zaman “polislər”in axtarışına başlayan həqiqi polislər onların son günlər ən çox danışdığı nömrənin məhz S.Güvəncə məxsus olduğunu öyrəniblər. Polislər ona aldadıldığını desə də, qadın onlara inanmayıb.
Yalnız pulları atdığı zibil qablarına baxandan sonra həqiqəti anlayıb.

İndi həqiqi polislər həmin “polislər”i axtarır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm