Mübariz Qurbanlı Suriyaya döyüşə gedənlərdən danışdı
Bizi izləyin

Qırmızı.az

Mübariz Qurbanlı Suriyaya döyüşə gedənlərdən danışdı

“Hansısa məsciddə xütbə zamanı orada çalışan imam və ya axund qanunvericiliyə zidd hərəkət edirsə, xütbəsində dini ədavəti qızışdıran çağırışlar edirsə və ya yaxud gəncləri, orada iştirak edən insanları başqa çağırışlarla yolundan çıxarmağa çalışırsa, bizə bu fakt daxil olan kimi onunla bağlı müvafiq olaraq dini idarə ilə əlaqə saxlayırıq. Əgər belə bir imam və ya axund aşkar edilirsə, onun çalışmasına imkan verilmir və verilməyəcək də! Biz hər hansı xırda dini təriqəti, cərəyanı təşviq edərək Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən hər kəsin qarşısındayıq və qarşısını alacağıq.”

Publika.az xəbər verir ki, bu barədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycandakı məscidlərin böyük əksəriyyəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birbaşa dini rəhbərliyi ilə idarə olunduğunu deyən komitə sədri bildirib ki, orada axundlar və imamlar təyin olunur və onlar öz işini aparır. Eyni zamanda, DQİDK tərəfindən qanuna əməl edilməsinə nəzarət olunur.

“Biz radikalızmin Azərbaycanda kök atmasına, genişlənməsinə heç cür imkan verə bilmərik və verməməliyik. Bütün cəmiyyət buna qarşıdır. Azərbaycanda kimlərisə tovlayaraq Suriyaya və ya başqa ölkələrə silahlı birləşmələrə, hərbi münaqişələrə, döyüşlərə cəlb etmək, aparmaq istəyənlər aşkar olunanda qanunla cavab verirlər. Onlar haqqında həbs qətimkan tədbiri seçilir. Bu cür qurumlar və şəxslər varsa, aşkar edilir. Bununla milli təhlükəsizlik orqanları, daxili işlər və prokurorluq orqanları ciddi məşğuldur. Bu cür faktlar olduqda müvafiq tədbirlər görülür”.

M. Qurbanlı həmçinin Azərbaycandan xaricə müxtəlif münaqişə zonalarına gedən adamların son dövrdə, demək olar ki, yox dərəcəsində olduğunu bildirib: “Belə faktlar artıq yoxdur. Ora gedib qayıdanlar da qanun qarşısında cavab verməli olurlar və cavab verəcəklər. Ölkəmizi kimlər üçünsə təcrübə meydanına çevirməyə imkan verməməliyik. Cəmiyyət bunu istəyir. Azərbaycan cəmiyyəti hansısa radikal dini təsir atlına düşən cəmiyyət deyil. biz oturuşmuş müsəlaman ölkəsiyik. Nə xristian missionerliyi, nə də özünü islama aid edən meydan aça biləcək”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm