Qırmızı.az
Azərbaycanda 6 aylıq körpə yol qəzasında ölüb
Hadisə fevralın 15-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 195-ci kilometrliyində, Göyçayın Qaraməryəm kəndi ərazisində qeydə alınıb.
Göyçayda baş verən yol qəzasında ailənin bir üzvü ölüb, 3 üzvü ağır xəsarət alıb.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə fevralın 15-də axşam saat 20:00 radələrində yolun 195-ci kilometrliyində, Göyçayın Qaraməryəm kəndi ərazisində qeydə alınıb. Göyçay şəhər sakini 1980-ci il təvəllüdlü Ayaz Ağarəhimovun idarə etdiyi 55-BE-717 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn 90-XE-769 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində sürücü Ayaz Ağarəhimov, onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Günel Ağarəhimova, övladı 2004-cü il təvəllüdlü Zərəngül Ağarəhimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Ailənin 6 aylıq körpəsi Məhəmməd Ağarəhimov aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. /Musavat/
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ