• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Khazar İslands”da dünyaca məşhur olan 5 universitet yaradılacaq - FOTOLAR

“Khazar İslands”da dünyaca məşhur olan 5 universitet yaradılacaq - FOTOLAR

“Avesta Concern”in həyata keçirdiyi möhtəşəm “Khazar İslands” layihəsinə olan maraq həm dünyada, həm də Azərbaycan cəmiyyətində artmaqdadır.

Publika.az-ın məlumatına görə, Azərbaycan Gənc Diplomatlar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə birliyin 100-dən çox üzvü “Khazar İslands”la tanış olmaq üçün layihənin həyata keçirildiyi əraziyə səfər ediblər.

Qeyd edək ki, 2001-ci ilin mayın 12-də təsis edilmiş, 2005-ci il mayın 30-da rəsmi dövlət qeydiyyatına alınmış Azərbaycan Gənc Diplomatlar Birliyi öz ətrafında ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin beynəlxalq münasibətlər, diplomatiya, beynəlxalq hüquq və politologiya fakültəsində oxuyan və bu sahə üzrə ixtisaslaşaraq dövlət orqanlarında çalışan gəncləri öz ətrafında birləşdirir.

Birliyin təşəbbüsü ilə “Khazar İslands”a ekskursiyasında Bakı Dövlət Universiteti, ADA Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft Akademiyası, Baki Slavyan Universiteti, İtaliyanın Sapienza Universiteti, Taras Şevçenko adına Kiev Dövlət Universiteti, Marmara Universitetində oxuyan tələbələr, eləcə də dövlət orqanlarında çalışan gənc mütəxəssislər iştirak ediblər. “Khazar İslands” layihəsini həyata keçirən “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli gənclərin layihəyə marağını onların Azərbaycanda baş verən sürətli iqtisadi inkişafı yaxından izləmələri ilə əlaqələndirərək bu inkişafı özündə əks etdirən layihələrlə yaxından tanış olmaq təşəbbüsünü yüksək qiymətləndirib.

“Khazar İslands” layihəsi ilə bağlı gənclərə geniş məlumat verən “Avesta Concern”in prezidenti bu layihə ilə bağlı ideyanın meydana gəlməsini və artıq reallaşmağa başlamasını Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurlar əldə etməsi ilə əsaslandırıb.

Hacı İbrahim Nehrəmli bildirib ki, bu gün Azərbaycan dövlətinin gücünü göstərən önəmli məqamlardan biri də Azərbaycanlı iş adamlarının həm ölkə daxilində, həm də ölkədən xaricdə böyük layihələrə imza atmalarıdır.

Rəhbərlik etdiyi “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsinin də Azərbaycan dövlətinin artıq güclü bir dövlətə çevrildiyinin sübutu hesab etdiyini söyləyən Hacı İbrahim Nehrəmi bu şəhərin həm də Azərbaycanın gələcəyi ilə bağlı aydın təsəvvürlər yaratmağa imkan verdiyini qeyd edib.

Azərbaycanın gələcəyinin ölkə gənclərinin əlində olıduğunu vurğulayan Hacı İbrahim Nehrəmli onları dövlətinə layiq mütəxəssis olmağa çağırıb və bunun üçün elmə xüsusi önəm verilmələrini istəyib. “Khazar İslands” layihəsində 5 universitetin də yaradılmasının nəzərdə tutulduğunu qeyd edən “Avesta Concern”in prezidenti həmin ali məktəblərin dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alması üçün də əlindən gələni edəcəyini qeyd edub.

Gənclərin adından xoş qarşılanma üçün “Avesta Concern”in prezidentinə təşəkkür edən Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov “Khazar İslands” layihəsinin ölkə üçün önəmini vurğulayıb və layihənin həyata keçirilməsini yaxından izləyəcəklərini qeyd edib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR