Əlillərlə bağlı yeni qanunvericilik layihələri hazırlandı
Bizi izləyin

Qırmızı.az

Əlillərlə bağlı yeni qanunvericilik layihələri hazırlandı

Əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin BMT-nin «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyasına uyğunlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən «Əlilliyi olan şəxslərin hüquqları haqqında» yeni Qanun layihəsi hazırlanıb. Bu barədə Publika.Az-a ƏƏSMN-in mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, Konvensiyada əksini tapan müddəaların həyata keçirilməsi məqsədilə «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı»nın layihə sənədi müvafiq təşkilatlarla birgə müzakirə mərhələsindədir.

Hər iki layihədə əlilliyi olan şəxslərin bir sıra sosial təminatları ilə yanaşı, onların cəmiyyətin tam hüquqlu və bərabər üzvləri kimi ayrı-seçkilikdən müdafiə olunması, məşğulluq imkanlarının genişləndirilməsi, onlara digər insanlarla bərabər şəkildə təhsil almaq və öz intellektual, yaradıcılıq, fiziki potensiallarını reallaşdırmaq imkanının yaradılması, mövcud infrastrukturun həmin şəxslər üçün müəssərliyinin təmin edilməsi və s. kimi məsələlər yer alıb (qanun layihəsi nazirliyin www.mlspp.gov.az saytında rəylər və təkliflər üçün yerləşdirilib).

Qeyd edək ki, Azərbaycan Respublikası BMT-nin «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyasına 2008-ci ilin 2 oktyabrında qoşulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm