• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Səfir İrfan Siddiq: “Khazar İslands” cəsarətli və cəlbedici layihədir

Səfir İrfan Siddiq: “Khazar İslands” cəsarətli və cəlbedici layihədir

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsinin həyata keçirildiyi əraziyə səfər edən növbəti səfir olub.

İrfan Siddiqdən əvvəl isə onun İtaliya, Türkiyə, Avstriya, ABŞ, Yaponiya, İspaniya, Rusiya, İsrail, Malayziya, Səudiyyə Ərəbistanından olan həmkarları Xəzərin mavi suları üzərində salınan şəhər kompleksinə səfər etmişdilər. Böyük Britaniya səfirini qarşılayan “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli hörmətli qonağa rəhbərlik etdiyi şirkət, onun həyata keçirdiyi layihələr və “Khazar İslands” layihəsi haqqında ətraflı məlumat verib. Khazar İslands” layihəsi çərçivəsində həyata keçirilən işlərlə yaxından tanış olan səfir İrfan Siddiq Hacı İbrahim Nehrəmlini belə böyük layihəyə imza atması münasibətilə təbrik edib.

Diplomat bildirib ki, bu layihə çox cəsarətli addımdır və Azərbaycanın həyata keçirdiyi digər böyük layihələr kimi bunun da uğurlu olacağına ümid edir. “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli də prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın çox böyük uğurlara imza atdığını qeyd edib və “Khazar İslands” layihəsinin də yeni bir nailiyyət olacağına inandığını söyləyib.

Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biri olduğunu qeyd edən səfir İrfan Siddiq Britaniya-Azərbaycan əlaqələrini daha inkişaf etdirmək üçün əlindən gələni etdiyini bildirib və “Khazar İslands” cəlbedici layihə kimi xarakterizə edərək ölkəsindən olan şirkətlərin bu şəhərin tikintisinə qoşulmasına da yardım edəcəyini vurğulayıb.

Haci İbrahim Nehrəmli qeyd edib ki, “Khazar İslands” layihəsinə dünyanın bir neçə ölkəsindən olan böyük şirkətlər maraq göstərir və onların sırasında Böyük Britaniyana şirkətlərini görmək istərdilər. Diplomat qeyd edib ki, iki ölkə arasında olan xoş münasibətlər, sıx iqtisadi əlaqələr bu əməkdaşlıq üçün möhkm təməldir və bundan istifadə etmək lazımdır. “Khazar İslands” şəhər kompleksinin fəxri qonaqlar kitabına ürək sözlərini də yazan səfir İrfan Siddiq layihənin həyata keçirilməsində uğurlar arzu edib və tikinti işlərini yaxından izləyəcəyini bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR