Nazirlik hökümətə yeni Dövlət Proqramı təqdim edəcək
Bizi izləyin

Qırmızı.az

Nazirlik hökümətə yeni Dövlət Proqramı təqdim edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı» (2014-2025-ci illər) layihəsinin hazırlanması işləri artıq yekunlaşmaqdadır.

Bu barədə Publika.Az-a ƏƏSMN-nin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 290 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Demoqrafik İnkişaf Konsepsiyası»na və digər normativ-hüquqi sənədlərə əsaslanan layihə ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək on il ərzində inkişaf istiqamətlərini, həyata keçiriləcək zəruri tədbirləri müəyyən edir.

Dövlət Proqramı ölkədə demoqrafiya və əhali sakinliyinin inkişafını 2025-ci ilədək dövr üçün stimullaşdırmaqla, Azərbaycanın sosial-iqtisadi inkişafına dair qəbul edilmiş digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçiriləcək. Aidiyyəti dövlət qurumlarının rəy və təklifləriəsasında hazırlanan layihənin yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunması nəzərə tutulur.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm