Ata 11 yaşlı qızına sataşan gənci döyə-döyə öldürdü - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ata 11 yaşlı qızına sataşan gənci döyə-döyə öldürdü - VİDEO

Braziliyalı ata internetdə 11 yaşlı qızına sataşan gənci döyə-döyə öldürərək görüntülərini internetdə yayıb.

Publika.az xəbər verir ki, adı açıqlanmayan atanın 23 yaşlı gəncin aylarla kiçik qızına ictimai media və Whatsapp vasitəsilə göndərdiyi mesajları oxuduğu və onunla üzləşməyi qərara aldığı bildirilir. Atanın gənci döyərkən çəkdiyi video “liveleak” internet saytına yerləşdirilib.

Videoda yediyi yumruqlardan dodaqları partlamış və bütün üzü şişmiş gəncin əsəbi atadan mərhəmət istədiyi və bir daha belə bir hadisəni təkrar etməyəcəyinə dair and içdiyi görünür.

“Liveleak” görüntülərin internetdə yayılmasından üç gün sonra gəncin qanlı cəsədinin tapıldığını, ancaq onu öldürən atanın şəxsiyyətinin hələ bilinmədiyini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm