• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Azəriqaz”dan ixtisarlarla bağlı AÇIQLAMA

“Azəriqaz”dan ixtisarlarla bağlı AÇIQLAMA

Ötən gün Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində əsas şöbələrdən birnin ləğv edilməsilə bağlı xəbər yayılmışdı.

Məlumata görə, artıq paytaxtın 11 rayonunda qaz istismar sahələrinin “Sayğacların qəbulu və istismarı” şöbələrinin ləğvinə başlanılıb. Martın 10-da isə 100 işçiyə ixtisar bildirişi verilib.

“Azəriqaz”İB-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Abşeron rayonu və paytaxt Qaz istismar sahələrinin qaz sərfi avadanlıqları və ölçü cihazlarının istismarı və xidməti ilə məşğul olan struktur bölmələrinin bazasında hüquqi şəxs statusuna malik olmayan “Bakı Regional qaz ölçü qurğularına xidmət Departament”i yaradılıb. Ləğv edilmiş “sayğacların qəbulu və satışı xidmətləri”ndə çalışan işçilər haqqında məlumatlar və yeni yaradılan Departamentin ştat cədvəli SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinə (İRD) təqdim edilib. Adıçəkilən Departament tərəfindən həmin işçilərin müvafiq qanunvericiliyə əsasən ştat cədvəlində olan vakant yerlərə uyğunluğunun müəyyən edilməsi üçün test imtahanları keçiriləcək. Keçiriləcək imtahanların nəticəsinə görə əmək münasibətlərinin davam etdirilməsi mümkün olmayan yəni sərbəstləşən işçilərə SOCAR və Azərbaycan Neft-Qaz Sənəyesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq əmr-qərarı ilə müəyyən edilmiş əmək haqqının 5 misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödəniləcək.

Məlumatda bildirilir ki, birdəfəlik işdənçıxarma müavinətindən yararlanmayan sərbəstləşən işçilərin isə “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulması üçün Birlik tərəfindən SOCAR rəhbərliyinə müraciət edilib. Test imtahanından və yeni strukturda yerləşdirmə prosesindən narazı olan vətəndaşların şikayətləri “Azəriqaz” İB və İnsan Resursları Departamenti tərəfindən operativ şəkildə araşdırılır və nəticə barədə vətəndaş məlumatlandırılır.

Qeyd edək ki, hələ ötən ilin may ayından başlayaraq ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyinin strukturunda təkmilləşdirmə işlərinin aparılmasına başlanılıb. Təkmilləşdirmə işlərinin aparılmasında məqsəd struktur bölmələrinin səmərəliliyinin artırılması, idarəetmə mexanizminin və xərclərin optimallaşdırılmasını təmin etməkdən ibarətdir. Məlumat üçün bildirək ki, Bakı və Abşeron Qaz istismar sahələri tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı, həmçinin qəza dispetçer xidmətləri ləğv edilərək Birliyin Təmir-tikinti idarəsinin nəzdində mərkəzləşdirilmiş Qəza təmir-bərpa xidməti yaradılmışdır. Eyni zamanda Respublikanın digər rayon Qaz istismar sahələri birləşdirilərək onların bazasında 8 Regional Qaz İstismar İdarələri yaradılaraq fəaliyyətə başlayıb.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR