Qırmızı.az
21 yaşlı gəlin bıçaqlanıb
Balakəndə bir uşaq anası müammalı şəkildə bıçaqlanıb.
Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Talalar kənd sakini 1994-cü il təvəllüdlü Sahibə Cavad qızı Məmmədova qarın boşluğunun kəsilmiş və daxilə nüfuz edən bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. 21 yaşlı Sahibə Məmmədovanın üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi başlayıb. Sahibə Məmmədovanın bıçaqla özü-özünə xəsarət yetirməsi və yaxud başqa bir şəxs tərəfindən bıçaqlanması araşdırılır. Məlumatda bildirilir ki, Sahibə Məmmədova evlidir və onun bir yaşı tamam olmayan körpə uşağı var.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?