Qırmızı.az
BMT baş katibindən Novruz təbriki
BMT baş katibi Pan Gi Mun Novruz bayramını qeyd edən bütün xalqları bu bayram münasibətilə təbrik edib.
P.Munun təbrik məktubunda Novruz bayramının hər il keçirilməsinin insanların birləşməsi üçün gözəl imkan olduğu qeyd olunub.
"Həm cəmiyyət daxilində, həm də cəmiyyətlər arasında bu, birlik və həmrəylik məqamı ədavət və parçalanma dövründə daha vacibdir", - baş katib vurğulayıb.
"Yeni ilin qədim ənənəsi yazın gəlişi ilə üst-üstə düşür. Qərbi, Mərkəzi və Cənubi Asiya, Qafqaz, Balkanlar və digər regionlarda zəngin adət-ənənə toplusu və şənliklərlə müşayiət olunur", - məktubda deyilir.
Baş katib, həmçinin xatırladıb ki, Novruz bayramı YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi, mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
O, Novruz bayramını qeyd edən bütün xalqlara şən və dinc bayramlar arzulayıb. "Qoy Novruz ab-havası bütün il boyu yaşasın!" - BMT baş katibinin təbrik məktubunda deyilir.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi