
Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi Neftçala şəhər 4 nömrəli orta məktəbdə “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-dən Publika.az-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd
məktəbin müəllim və şagird heyətinə fövqəladə hallar zamanı
davranış qaydaları, baş verə biləcək yanğın, partlayış və digər
fövqəladə hadisələrin qarşısının vaxtında alınması və profilaktik
tədbirlərin görülməsi barədə biliklərin aşılanması olub.
Tədbirdə çıxış edənlər fövqəladə hallar baş verən zaman nə etməli,
dəm qazından zəhərlənmənin qarşısının alınması, yanğın
təhlükəsizliyi, ilkin yanğınsöndürmə vasitələri, zəlzələ və daşqın
mövzularında məlumatlar veriblər.
Novruz bayramı ilə əlaqədar olaraq bayram günlərində yanğın
təhlükəsi ilə bağlı bir sıra təhlükəsizlik qaydaları izah
edilib.
Sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən
videoçarx nümayiş olunub, müəllim və şagirdləri maraqlandıran
suallar cavablandırılıb.