Bakıda 26 yaşlı gənc zeytunluqda sevgilisini öldürüb - DƏHŞƏT
Bizi izləyin

Qırmızı.az

Bakıda 26 yaşlı gənc zeytunluqda sevgilisini öldürüb - DƏHŞƏT

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Şahin Əliyevin məhkəməsi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Şahin Əliyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ittihama görə, Şahin Əliyev 2013-cü il, sentyabrın 18-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində su kanalının yanında 1991-ci il təvəllüdlü Şəbnəm Namazovanı öldürüb. Şahin Əliyev hadisədən bir gün sonra həbs edilib.

Müəyyən edilib ki, Şahin Əliyev qeyri-rəsmi yaşadığı Şəbnəm Namazovanın başqa bir kişi ilə münasibət qurmasını bilib. Buna görə də onların arasında mübahisə yaranıb. O, mübahisəni həll etmək üçün Şəbnəmi metronun “Koroğlu” stansiyasının yaxınlığına çağırıb. Orada görüşən Şahin Əliyev Şəbnəmi Yeni Suraxanı qəsəbəsində "Zeytun Bağları" adlanan əraziyə aparıb. Orada aralarında yaranmış mübahisə zamanı Şahin Əliyev Şəbnəm Namazovanın boğaz nahiyəsindən yumruqla iki dəfə vurub, öldüyünü yəqin etdikdən sonra meyiti yaxınlıqdakı su kanalına atıb.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Şahin Əliyevə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Əliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm