Qırmızı.az
Amerikada ilk qadın məscidi açılıb
Amerika Birləşmiş Ştatlarında ilk qadın məscidi açılıb.
Publika.az-ın Amerikanın Səsinə istinadən xəbər verir ki, Kaliforniyanın Los-Anceles şəhərində açılan bu məscidi başqalarından fərqləndirən müsəlman qadınların burada daha sərbəst olmasıdır. Bu məsciddə qadının İslamda rolu haqda müzakirələr aparmağa da imkan var.
Amerikadakı digər məscidlərdən fərqli olaraq, qadınlar ayda bir dəfə təcrübələrini bölüşmək üçün burada toplaşır. Tənzilə Əhməd adlı qadın buraya iki ay əvvəl gəldiyini və burada dünyanın hər yerindən qadınlarla əhatə olunduğunu deyir.
Qadınlar və kişilərin cümə namazına eyni məsciddə toplaşdıqları, lakin ayrı-ayrılıqda ibadət etdiyi ənənəvi məscidlərdən fərqli olaraq, bu məscid yalnız qadınlar üçündür və buraya qadın başçılıq edir.
Müsəlman İcamsı Şurasından Edina Lekoviç: “Mən burada eyni məqsəd üçün gələn qadınları gördüm. Çünki bizi eyni inam bir araya gətirib və biz yeniliyə doğru daha bir addım atmaq istəyirik.”
Bəzi qadınlar kiçik bir dəyişikliyin olmasını istəyir. Onlar adi məscidlərdə özlərini yad hiss etdiklərini deyirlər. “Mənim tanıdığım ənənəvi məsciddə biz arxa otaqda toplaşardıq. Bizə dua oxunan yerdə olmaq qadağan idi. Burada isə adi məscidlərdə olduğu kimi, patriarxal məsələ yoxdur.” - deyə, Tənzilə Əhməd bildirir.
Bu qadın məscidində geyim qaydası tətbiq edilmir. Müxtəlif millətlərdən olan qadınların ibadət etdiyi bu məsciddə xristian və yəhidi tədbirləri də keçirilir. Məscidin təməlini qoyan Həsna Məznavi burada məscid açılmasının səbəbi olduğunu deyir. “Məni ən çox ruhlandıran İslamın qızıl dövrüdür. Bu o dövrdür ki, müsəlmanlar, xristianlar və yəhudilərlə birlikdə çalışıb.”
Lakin bəziləri qadın məscidinin o qədər də vacib olmadığını düşünür. İslam üzrə alimlərin bəziləri qadınların birgə dua etməsini qəbul etəsələr də, cümə namazı və moizələrin bu şəkildə aparılmasını sual altına alır.
“Qadınların İslam haqda müzakirələri yenilik deyil” - deyə, Cənubi Karolina universitetindən Bri Loskota bildirir. “Qadın məscidi məsələsi tək belə hal deyil. Bu məsələ uzun müddət müzakirə obyekti olub və indi müasir dönəmdə bu, aktuallığını artırıb."
Laskota deyir ki, Amerika xarakterini əks etdirən bu unikal Qadın Məscidi təndiqlərə bir növ cavabdır.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi