Qırmızı.az
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin növbəti cildi çap edilib
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin iyirmi birinci cildi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, nəşrin bu cildi Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2006-cı il noyabrın 7-də Brüsseldə Kral
Beynəlxalq Əlaqələr İnstitutunda keçirilən siyasi brifinqdə
iştirakı ilə başlanır.
Kitabda dövlətimizin başçısının brifinqdə çıxışı da yer alıb.
Çıxışda deyilir: “BMT-nin Təhlükəsizlik Şurası erməni silahlı
qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz
çıxarılmasını tələb edən 4 qətnamə qəbul edibdir. Ötən ilin yanvar
ayında Avropa Şurasının Parlament Assambleyası Ermənistanın
Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul etmişdir. Lakin
Ermənistan heç bir qətnaməni yerinə yetirməyib və bunlara,
ümumiyyətlə, məhəl qoymur. Onlar etiraf edirlər ki, bizim ölkənin
torpaqlarını işğal altında saxlamaqla Dağlıq Qarabağ üçün
müstəqillik qazanacaqlar. Bu, heç vaxt baş verməyəcəkdir.
Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət, Birləşmiş
Millətlər Təşkilatı tərəfindən tanınır. Ölkəmizin ərazi bütövlüyünü
tanımayan yeganə dövlət Ermənistandır.
Dağlıq Qarabağın Azərbaycandan qoparılması, ümumiyyətlə, müzakirə
mövzusu deyildir. Yəni siz təsəvvür edə bilərsinizmi ki, dünyanın
istənilən bir guşəsində hər hansı azlıq müstəqillik tələb etməyə
başlasa, neçə ölkə yaranar? Dağlıq Qarabağ qədər sahəsi olan,
əhalisi 60 min nəfərdən aşağı olan neçə ölkə yaranar, nə qədər
insanlar bundan əziyyət çəkər? Yəni azlıqlar hər bir ölkədə,
Avropada da var. Yəni siz elə bir ölkə tapa bilməzsiniz ki, orada
milli azlıq olmasın. Bəlkə bunun üçün yeganə istisna məhz
Ermənistandır. Çünki bu, monoetnik ölkədir və bunun səbəbi məhz
ermənilərdən soruşulmalıdır”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu
nəşrində regionların sosial-iqtisadi inkişaf proqramının həyata
keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Naxçıvan Muxtar
Respublikasına və Xaçmaz rayonlarına səfərləri, bir çox xarici
ölkələrlə əlaqələrin və əməkdaşlığın daha da möhkəmləndirilməsinə
aid zəngin materiallar dərc olunub.
Kitabda Prezident İlham Əliyevin Brüsseldə Kral Beynəlxalq Əlaqələr
İnstitutunda keçirilən siyasi brifinqdə “Avropa
İttifaqı-Azərbaycan: enerji sahəsində və digər sahələrdə
əməkdaşlıq” mövzusunda çıxışı və suallara cavabları, Avropa
Komissiyasının, Avropa Parlamentinin üzvləri, Belçikanın yüksək
vəzifəli şəxsləri ilə danışıqlarına, NATO ilə “Fərdi tərəfdaşlığın
fəaliyyət planı” çərçivəsində əməkdaşlığa dair materiallar
toplanıb.
Bu cilddə dövlətimizin başçısının Moskvaya, həmçinin türkdilli
ölkələrin dövlət başçılarının Antalyada keçirilən VII Zirvə görüşü
ilə əlaqədar Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinə, MDB ölkələri
dövlət başçılarının Minsk zirvə görüşü ilə bağlı Belarusa
səfərlərindən, dövlət başçıları, beynəlxalq təşkilatların, nüfuzlu
dairələrin nümayəndələri ilə keçirdiyi görüşlərdən, apardığı
danışıqlardan bəhs edən materiallar, kütləvi informasiya
vasitələrinə verdiyi müsahibələr və imzaladığı bir sıra rəsmi
sənədlər əksini tapıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də
daxil edilib.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2006-cı ilin
noyabrından dekabrınadək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən buraxılmış iyirmi birinci cildin
hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) materiallarından istifadə olunub.
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA