
Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis Bakıda
dünyasını dəyişib.
Bu barədə APA-ya teleaparıcı, Latviya səfirliyi ilə əməkdaşlıq
edən Emin Musəvi xəbər verib.
Onun sözlərinə görə, latviyalı diplomat aprelin 6-da vəfat edib.
“O, ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynayıb",
- deyə Emin Musəvi bildirib.
1967-ci ildə dünyaya gələn H.Baumanis Azərbaycandan əvvəl Litvada
səfir və Sankt-Peterburqda baş konsul vəzifələrində çalışıb.
Səfirin vəfatını Latviya XİN təsdiqləyərək ailəsinə başsağlığı
verib.