Sabahın hava proqnozu - 23 dərəcə isti
Bizi izləyin

Qırmızı.az

Sabahın hava proqnozu - 23 dərəcə isti

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 23 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, aprelin 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-10, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.

Aprelin 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, bəzi yerlərəd 23 dərəcə isti, dağlarda gecə 0-5 dərrəcəyədək isti, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm